Bank Of Baku

Devid Kremer: “Azərbaycan rəhbərliyi ilə görüşlərdən sonra məndə elə təəssürat yaranıb ki, xarici radiostansiyaların yayımı dayanmayacaq”

Devid Kremer: “Azərbaycan rəhbərliyi ilə görüşlərdən sonra məndə elə təəssürat yaranıb ki, xarici radiostansiyaların yayımı dayanmayacaq”
# 19 noyabr 2008 15:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Devid Kremer keçirdiyi mətbuat konfransında deyib. O, radiostansiyaların yayımlanmayacağı barədə bəyanatın Dövlət Departamenti tərəfindən narazılıqla qarşılandığını xatırladıb: “Amma bu, o demək deyil ki, biz Azərbaycan qanunlarına hörmətsizliyin tərəfdarıyıq. Sadəcə, biz bu radiostansiyaların əhəmiyyətini nəzərə alırıq. Əsas vəzifə qanunun tələbinə riayət edərək radiostansiyaların fəaliyyətinə şərait yaratmaqdır. Qanuna uyğun şəkildə radiostansiyaların yayımının davam etdirilməsinə şərait yaradılmalıdır. Çünki mənə elə gəlir ki, bu radioların dinləyici auditoriyasının olmasından hamı xəbərdardır. Yayımla əlaqədar aparılan müzakirələr proqramların fəaliyyəti və mahiyyəti ilə bağlı yox, daha çox yayımın hansı üsullarla mümkünlüyü barədə olacaq”.

D. Kremerin sözlərinə görə, Azərbaycan rəhbərliyi ilə görüşlərində bu məsələ müzakirə olunarkən onda elə təəssürat yaranıb ki, radiostansiyaların yayımı dayanmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR