Bank Of Baku

Xarici işlər nazirinin müavini Vaqif Sadıqov ABŞ dövlət katibinin müavini David Kramerlə görüşüb

Xarici işlər nazirinin müavini Vaqif Sadıqov ABŞ dövlət katibinin müavini David Kramerlə görüşüb
# 19 noyabr 2008 17:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini David Kramerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycanın bir sıra dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Görüşdə ikitərəfli münasibətlərə aid məsələlər müzakirə edilib, insan haqlarının müdafiəsi və demokratikləşmə proseslərinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər arasında açıq və konstruktiv dialoq baş tutub, aparılan müzakirələrin faydalılığı vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR