Bank Of Baku

Azərbaycan nümayəndə heyəti “Qolodomor”un 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək

Azərbaycan nümayəndə heyəti “Qolodomor”un 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək
# 20 noyabr 2008 10:15 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada 1932-1933-cü illərdə baş vermiş dəhşətli aclığın - “Qolodomor”un 75 illiyi ilə bağlı Kiyevdə keçiriləcək tədbirlərdə iştirak edəcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfirliyinin müşaviri Gennadi Şalev deyib. O bildirib ki, noyabrın 22-də Kiyevdə keçiriləcək tədbirlərə 25 ölkənin müxtəlif səviyyəli təmsilçiləri qatılacaq. Diplomat artıq 20-dən çox ölkə parlamentinin “Qolodomor”u soyqırım kimi tanıdığını, bu məqsədlə bir neçə ay əvvəl Azərbaycan Milli Məclisinə də müvafiq sənədlər təqdim olunduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR