Bank Of Baku

Azərbaycanın xarici işlər naziri İsveçrə prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri İsveçrə prezidenti ilə görüşüb
# 20 noyabr 2008 13:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İsveçrədə rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin prezidenti Paskal Kuşpen, parlament sədri Andre Buqnon, xarici işlər naziri, xanım Mişlin Kalmi Rey, parlament üzvləri ilə görüşlər keçirib. Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya verilən məlumata görə, görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər müzakirə olunub, münasibətlərin inkişaf dinamikasından razılıq ifadə edilib.

Azərbaycan və İsveçrə rəsmiləri arasında ən yüksək səviyyədə yaranmış siyasi dialoqun davam etdirilməsi, iqtisadi münasibətlər, energetika sahəsində əməkdaşlıq məsələləri, Bakı enerji sammitinin nəticələri ətrafında fikir mübadiləsi aparılıb. Ermənistanın Azərbaycana təcavüzü, danışıqlar prosesi və bölgədəki mövcud siyasi vəziyyət geniş müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR