Bank Of Baku

Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İrəvanda siyasi təşkilat rəhbərləri ilə görüş keçirib

Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İrəvanda siyasi təşkilat rəhbərləri ilə görüş keçirib
# 20 noyabr 2008 16:51 (UTC +04:00)
İrəvan – APA. Ermənistan prezidenti Serj Sərkisyan bu gün İrəvanda siyasi təşkilatların rəhbərləri ilə görüş keçirib. APA-nın “Novosti Armenia”ya istinadən verdiyi məlumata görə, prezidentin mətbuat katibi Samvel Fərmanyan ümumilikdə 65 partiya liderinə dəvət göndərildiyini, müşavirədə 50 liderin iştirak etdiyini bildirib. Müşavirə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı mərhələsinə həsr olunub. S. Sərkisyan partiya liderlərini münaqişənin həlli ilə bağlı danışıqların son durumu barədə məlumatlandırıb.

Radikal müxalifət liderləri müzakirələrə qatılmayıb.

“Daşnaksutyun”un təmsilçisi Armen Rüstəmyan prezidentlə görüşdən sonra bildirib ki, münaqişənin həllində Dağlıq Qarabağın statusu və təhlükəsizliyi Ermənistan üçün əsas məsələ olmalıdır. A. Rüstəmyan hesab edir ki, ərazi və köçkünlər məsələsi qarşılıqlı şəkildə müzakirə edilməlidir: “Azərbaycanın ərazi və köçkünlər məsələsində üstün hüquqlara sahib olmasına imkan vermək olmaz. Bundan başqa, danışıqlarda Dağlıq Qarabağın yeri və rolu dəqiq müəyyənləşməlidir”.

Bu gün keçirilmiş görüşü əhəmiyyətli hesab edən A. Rüstəmyan ilk dəfə bir araya toplaşan 50-dək partiyanın bir neçə məsələdə konsensusa gəlməsini böyük uğur adlandırıb: “Bu məsələlər ətrafında müzakirələrin davam etdirilməsi vacibdir. Biz həm də ilkin razılığa gəldik ki, münaqişənin nizamlanmasına dair yekun sənədin imzalanması anı yetişəndə bunu da öz aramızda müzakirə edək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR