Bank Of Baku

“Qazaxıstan-Azərbaycan: qarşılıqlı əlaqələr və əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq forum keçiriləcək

“Qazaxıstan-Azərbaycan: qarşılıqlı əlaqələr və əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq forum keçiriləcək
# 21 noyabr 2008 08:48 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Noyabrın 25-də Qazaxıstanın Almatı şəhərində “Qazaxıstan-Azərbaycan: qarşılıqlı əlaqələr və əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq forum keçiriləcək. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən APA-ya verilən məlumata görə, forumun təşkilatçıları Qazaxıstan prezidenti yanında Qazax Strateji Araşdırmalar İnstitutu (QSAİ), Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (ASAM) və Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondudur. İki ölkənin “beyin mərkəzləri” tərəfindən hazırlanan tədbir “dəyirmi masa” formatında keçiriləcək. İştirakçılara iqtisadiyyat, ticarət, energetika sahəsində, eləcə də Xəzər bölgəsində əməkdaşlıq istiqamətində Qazaxıstanla Azərbaycan arasında münasibətlərin hazırkı durumu və inkişaf perspektivlərinə dair geniş əhatəli məsələlərin müzakirəsi təklif olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR