Bank Of Baku

İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ilə bağlı toplantı keçirilir - EKSKLÜZİV

İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ilə bağlı toplantı keçirilir - <font color=red>EKSKLÜZİV</font>
# 21 noyabr 2008 10:56 (UTC +04:00)
Azərbaycanının İstanbuldakı baş konsulu Səyyad Aran APA-ya açıqlamasında müzakirələrin birinci hissəsinin artıq başa çatdığını, ilk hissədə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın çıxış edərək sözügedən qurumun yaradılmasının vacib olduğunu bildirdiyini deyib. Tədbirdə çıxış edən Türkiyə prezidenti Abdulla Gül də çıxışında TÖ PA-nın yaradılması ideyasını dəstəklədiyini, bu tarixi arzunun gerçəkləşməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Bundan sonra Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov və digər iştirakçılar da qısa nitq söyləyiblər.

S. Aran TÖ PA-nın yaradılması ilə bağlı sənədin iclasın sonunda imzalanacağını bildirib.

Baş konsul toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın nümayəndə heyətinin iştirak etdiyini deyib: “Belə bir arzu ifadə olundu ki, yaxın gələcəkdə Özbəkistanla Türkmənistan da bu ölkələr sırasına qoşulsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR