Bank Of Baku

Azərbaycan xarici işlər nazirinin müavini ABŞ-ın İslam Konfransı Təşkilatındakı səfiri ilə görüşüb

Azərbaycan xarici işlər nazirinin müavini ABŞ-ın İslam Konfransı Təşkilatındakı səfiri ilə görüşüb
# 21 noyabr 2008 15:37 (UTC +04:00)
Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov ABŞ-ın İslam Konfransı Təşkilatındakı xüsusi səfiri Sada Kamberlə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İKT daxilində ABŞ və Azərbaycanın ikitərəfli əməkdaşlığını, təşkilatın inkişafı və dünyada nüfuzunun artırılması istiqamətində birgə səylərini vurğulayan tərəflər, ABŞ-ın İKT ilə əməkdaşlıqda marağını, müsəlman dünyası ilə yaxınlaşmaq baxımından təşkilatın vacib rolunu vurğulayıblar. İKT tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş qətnamələr təqdirəlayiq hesab edilib.

Qeyd edək ki, səfir S. Kamber Diplomatik Akademiyada “Amerika müsəlman dünyası ilə dialoqu necə qurmalıdır” mövzusunda mühazirə də oxuyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR