Bank Of Baku

Elmar Məmmədyarov Qətərin yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Qətərin yeni səfirini qəbul edib
# 21 noyabr 2008 15:57 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətər dövlətinin yeni təyin olunmuş səfiri Mübarək bin Fəhd Casim əl-Fənini etimadnaməsinin surətini təqdim etməsi münasibətilə qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə inkişaf etməsindən məmnunluq ifadə olunub. Tərəflər iki ölkə arasında qarşılıqlı əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün geniş potensialın mövcud olduğunu vurğulayıblar. E. Məmmədyarov səfirin gələcək fəaliyyətinin ölkələr arasında münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcəyinə əmin olduğunu söyləyərək bu istiqamətdə ona uğurlar diləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR