Bank Of Baku

ABŞ-ın İslam Konfransı Təşkilatındakı xüsusi səfiri Azərbaycan jurnalistləri ilə görüşüb

ABŞ-ın İslam Konfransı Təşkilatındakı xüsusi səfiri Azərbaycan jurnalistləri ilə görüşüb
# 22 noyabr 2008 13:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. ABŞ-ın İslam Konfransı Təşkilatındakı xüsusi səfiri Sado Kumber bu gün “Amerika mərkəzi”ndə Azərbaycan jurnalistləri ilə görüş keçirib. APA-nın xəbərinə görə, S. Kumber bildirib ki, ABŞ-da 7 milyon müsəlman yaşayır və onların 2 minə yaxını məsciddə istədikləri zaman ibadət edə bilirlər. Səfir qeyd edib ki, müsəlman adı daşıyan Barak Hüseyn Obamanın prezident seçilməsi bəzilərinin ABŞ haqqında təəssüratını dəyişib.
“Müsəlman ailəsində böyüyən Obamanın prezidentliyi dövründə ABŞ-la müsəlman ölkələri arasındakı münasibətlərdə müsbət dəyişikliklər ola bilərmi” sualına cavab olaraq S. Kumber bunları deyib: “Ümid edirəm ki, əvvəlki adminstrasiyanın diqqət yetirmədiyi sahələrə yeni admininstrasiyanın diqqəti artacaq”.
S. Kumber jurnalistlərin suallarına cavab Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatının olmadığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR