Bank Of Baku

Azərbaycan XİN-də işləmək istəyən 47 nəfər müsabiqənin ilk mərhələsindən keçib

Azərbaycan XİN-də işləmək istəyən 47 nəfər müsabiqənin ilk mərhələsindən keçib
# 24 noyabr 2008 09:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Xarici İşlər Nazirliyinə işə qəbul üçün noyabrın 22-də Bakı və Naxçıvan şəhərlərində keçirilmiş test imtahanının nəticələrini dərc edib. APA-nın məlumatına görə, Bakıda keçirilən imtahanda 363 ərizə verəndən 16-sı imtahana gəlməyib. 41 nəfər tələb olunan ümumi 80, əsas ixtisas üzrə isə 30-dan az olmayan balı toplayaraq, imtahanın ikinci mərhələsinə buraxılıb.

Naxçıvanda keçirilən imtahanda isə ərizə verən 49 nəfərin hamısı iştirak edib. Onlardan 6-sı tələb olunan ümumi 70, əsas ixtisas üzrə isə 30-dan az olmayan balı toplaya bilib.

İmtahanın ikinci mərhələsi yaxın günlərdə Xarici İşlər Nazirliyində müsahibə formasında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR