Bank Of Baku

İranla Ermənistan arasında təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair razılaşma əldə olunub

İranla Ermənistan arasında təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair razılaşma əldə olunub
# 24 noyabr 2008 15:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranla Ermənistan arasında təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair razılaşma əldə olunub. APA-nın İran KİV-ə istinadən verdiyi məlumata görə, İranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Bağdasaryan, iranlı həmkarı ilə görüşdə adıçəkilən sahələr üzrə müzakirələr aparıblar. İranın “Mehrnews” informasiya agentliyi bildirib ki, müzakirələrdən sonra brifinq keçirən A. Bağdasaryan və İran Təhlükəsizlik Şurasının katibi Səid Cəlili danışıqları müsbət xarakterizə ediblər. Onların ölkələr arasında təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını açıqlayıblar. S. Cəlili jurnalistlərə deyib ki, İran və Ermənistan arasında əlaqələr dərin dostluq üzərində qurulduğundan bütün sahələrdə əməkdaşlığın inkişafı hər iki ölkənin əhalisi üçün əhəmiyyətli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR