Bank Of Baku

Bakıda Azərbaycan-İran iqtisadi-ticari əməkdaşlığın inkişafı məsələləri üzrə ilk konfrans keçiriləcək

Bakıda Azərbaycan-İran iqtisadi-ticari əməkdaşlığın inkişafı məsələləri üzrə ilk konfrans keçiriləcək
# 24 noyabr 2008 15:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Dekabrın 16-19-da Bakıda Azərbaycan-İran iqtisadi-ticari əməkdaşlığın inkişafı məsələləri üzrə ilk konfrans keçiriləcək. APA-nın İran KİV-inə istinadən verdiyi məlumata görə, konfransın katibi, İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzai bildirib ki, konfransda hər iki ölkənin mütəxəssisləri və təmsilçiləri iştirak edəcək.

Ə. Qəzai İran və Azərbaycanın mal və xidmətlərin mübadiləsi, enerji daşıyıcılarının nəqli və tranziti üçün geniş imkanlara malik olduğunu deyib: “İkitərəfli əməkdaşlığın inkişafı ilə bağlı məsələlər iki ölkənin alimləri, ekspertləri və mütəxəssisləri tərəfindən konfransda müzakirə olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR