Bank Of Baku

GUAM ölkələri arasında qarşılıqlı mal dövriyyəsi 38 faiz artıb

GUAM ölkələri arasında qarşılıqlı mal dövriyyəsi 38 faiz artıb
# 24 noyabr 2008 16:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Kiyevdə GUAM-ın iqtisadiyyat və ticarət məsələləri üzrə İşçi qrupunun 8-ci iclası keçirilib. APA-nın məlumatına görə, iclasda təşkilata üzv ölkələrin nazirliklərinin və GUAM Katibliyinin nümayəndələri iştirak ediblər. Görüşdə GUAM-a üzv ölkələrin iqtisadi-ticarət sahəsində əməkdaşlığı məsələlərinə baxılıb, ölkələr arasında mal dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığı qeyd olunub.

Belə ki, cari ilin 9 ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 38 faiz artıb. İclasda İşçi qrupun 2009-cu il üçün iş cədvəli razılaşdırılıb. Qərara alınıb ki, növbəti iclas 2009-cu ilin II rübündə Kiyevdə keçirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR