Bank Of Baku

GUAM milli koordinatorlarının növbəti iclası 2009-cu ilin fevralında Kiyevdə keçiriləcək

GUAM milli koordinatorlarının növbəti iclası 2009-cu ilin fevralında Kiyevdə keçiriləcək
# 24 noyabr 2008 16:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. GUAM milli koordinatorlarının GUAM Katibliyinin yeni binasında keçirilən 14-cü iclasında Helsinkidə GUAM xarici işlər nazirləri Şurasının dekabrın 4-5-də planlaşdırılan 8-ci iclasına, həmçinin, qurumun tərəfdaşları olan ABŞ, Polşa, Yaponiya, Çexiya ilə “GUAM+” formatında görüşlərə hazırlıqla bağlı məsələlər müzakirə olunub. APA-nın məlumatına görə, Azərbaycan, Gürcüstan və Ukrayna xarici işlər nazirlərinin müavinləri, Moldovanın Ukraynadakı müvəqqəti işlər vəkili və GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin iştirakı ilə keçirilən iclasda, həmçinin təşkilata üzv ölkələr arasında əməkdaşlıq və cari məsələlər müzakirə olunub. İclasın yekunlarına dair Protokol imzalanıb.

Koordinatorların növbəti toplantısının 2009-cu ilin fevralında Kiyevdə keçirilməsi qərara alınıb. Həmin vaxt GUAM-ın Katibliyinin yeni binasının təqdimatı da keçiriləcək.

Qeyd edək ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR