Bank Of Baku

ABŞ-ın Helsinki Komissiyası Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılacağı barədə xəbərlərdən narahatdır

ABŞ-ın Helsinki Komissiyası Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılacağı barədə xəbərlərdən narahatdır
# 25 noyabr 2008 08:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ABŞ-ın Helsinki Komissiyası Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılacağı barədə xəbərlərdən narahat olduğunu bəyan edib. APA-nın komissiyanın saytına istinadən verdiyi məlumata görə, qurumun həmsədrləri - konqresmen Alsi Hastinqs və senator Ben Kardin Azərbaycan prezidenti İlham Əliyevə açıq məktub göndəriblər. Məktubda bildirilir ki, azərbaycanlılar üçün radio internet və peyk yayımlarından daha əlverişli vasitədir və beynəlxalq radio kanallarının bağlanması onlar üçün böyük itki olacaq. Eyni zamanda, KİV-də müxtəliflik demokratiyanın və plüralizmin inkişafına kömək edir. Məktubun sonunda Helsinki Komissiyasının həmsədrləri Azərbaycanda xarici radioların yayımının yerli tezliklərdə davam edəcəyinə ümid etdiklərini söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR