Bank Of Baku

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Helsinkidə dekabrın 3-də görüşəcəklər - EKSKLÜZİV

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Helsinkidə dekabrın 3-də görüşəcəklər - <font color=red>EKSKLÜZİV</font>
# 25 noyabr 2008 08:59 (UTC +04:00)
Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza məlumat verib. Görüş ATƏT xarici işlər nazirləri Şurasının toplantısı çərçivəsində baş tutacaq.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr davam etdiriləcək. Bununla yanaşı, nazirlərin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın ilin sonunadək keçirilməsi nəzərdə tutulan görüşü ilə bağlı da bəzi məsələləri razılaşdıracaqları gözlənilir.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 12-də regiona səfər edərək, danışıqlar prosesinin davam etdirilməsinə dair müzakirələr aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR