Bank Of Baku

İsraildə ermənilərin yəhudilərə qarşı törətdiyi soyqırımdan bəhs edən kitab çap olunub

İsraildə ermənilərin yəhudilərə qarşı törətdiyi soyqırımdan bəhs edən kitab çap olunub
# 25 noyabr 2008 09:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayevin “Ölüm marşı” adlı kitabı İsraildə ingilis və ivrit (yəhudi) dillərində kütləvi tirajla çap olunub. İnstitutdan APA-ya verilən məlumata görə, kitabda 1915-1918-ci illərdə erməni quldur birləşmələri tərəfindən Azərbaycan ərazisində, eləcə də II Dünya müharibəsi dövründə Avropanın bir sıra ölkələrində faşist Almaniyasının cəza dəstələrində xidmət edən ermənilərin fəal iştirakı ilə törədilən yəhudi soyqırımından bəhs edilir. İsraildə çıxan “Sputnik Yuqa” qəzetində kitab haqqında məqalə dərc olunub. Qəzetin baş redaktoru Mark Qorin “Ölüm marşı”nı “Zamanın nəbzi olan kitab” adlandıraraq bildirib ki, bu əsər tarixi sənədlərə əsaslanır və erməni millətçiləri tərəfindən Azərbaycanda, Macarıstanda, Slovakiyada, Transilvaniyada, Qərbi Ukraynada və Krımda həyata keçirilən kütləvi yəhudi qırğınlarının mahiyyətini açıb göstərir. M. Qorin kitabda göstərilən tarixi faktların indiyədək yəhudi ictimaiyyətinə məlum olmadığını və bu faktların geniş yayılmasının zəruriliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR