Bank Of Baku

AŞ PA Bürosunun noyabrın 27-də keçiriləcək iclasında qurumun qış sessiyasının gündəliyi təsdiqlənəcək

AŞ PA Bürosunun noyabrın 27-də keçiriləcək iclasında qurumun qış sessiyasının gündəliyi təsdiqlənəcək
# 25 noyabr 2008 10:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Noyabrın 27-də Madriddə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun, ertəsi gün isə Daimi Komitənin iclasları keçiriləcək. Azərbaycan parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov hər iki iclasda iştirak edəcək. S. Seyidov APA-ya açıqlamasında bildirib ki, Avropa Şurası Nazirlər Komitəsində sədrlik İsveçdən İspaniyaya keçdiyi üçün iclaslar Madriddə keçiriləcək. O, büronun iclasında AŞ PA-nın yanvar sessiyasının gündəliyinin təsdiq olunacağını deyib. Deputatın sözlərinə görə, sessiyanın gündəliyinə salınacaq əsas məsələlər Rusiya-Gürcüstan münasibətləri, dünya maliyyə böhranı, Azərbaycanda keçirilmiş prezident seçkiləri və digər mövzular olacaq. S. Seyidov Daimi Komitənin iclasında AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin Azərbaycanda keçirilmiş seçkilərlə bağlı məruzə ilə çıxış edəcəyini, artıq sənədin ilkin variantının yayıldığını xatırladıb: “Sadəcə, ilkin rəsmi müzakirə keçirilməlidir və ondan sonra həmin məruzə yanvar sessiyasında müzakirə olunacaq”.

A. Herkelin iclasda Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması məsələsinə də toxunacağı barədə açıqlamasına münasibətini açıqlayan S. Seyidov belə bir qərarın olmadığını vurğulayıb: “Hər məsələyə dair Azərbaycanın əsaslandırılmış və lazımi strukturlara, beynəlxalq təşkilatlara çatdırılmış mövqeyi mövcuddur. Bununla bağlı da mövqe konkretdir. Heç kim heç nəyi nə bağlamaq, nə qapamaq, nə də hansısa kəskin addım atmaq fikrində deyil. Sadəcə, biz qanunlarımızı təkmilləşdirmək istəyirik. Amerikadan gəlmiş həmkarlarımız, dostlarımız da bildirmişdilər ki, Azərbaycan qanunlarına hörmətlə yanaşmaq lazımdır. Azərbaycan tərəfi isə bu məsələdə tələskənlik olmayacağını bəyan edib. Bundan ajiotaj düzəlmək, xüsusi bir hal kimi təqdim etmək ola bilsin ki, hansısa qüvvələrin marağındadır. Ancaq onlar öz məqsədlərinə nail ola bilməyəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR