Pakistanın “Diplomatic Star” jurnalında Nizami Gəncəviyə həsr olunmuş məqalə çap edilib
![Pakistanın “Diplomatic Star” jurnalında Nizami Gəncəviyə həsr olunmuş məqalə çap edilib](https://apa.az/storage/news/2012/july/24/big/blank.jpg)
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəllif Amir Mahmud Batti məqalədə Şərqin dahi şairi və filosofu olan Nizami Gəncəvinin gənclik illərindən, yaşadığı həyat tərzindən, eləcə də yaradıcılığındakı lirik poemalar, qəzəllər və qəsidələrdən bəhs edib.
Nizaminin ən məşhur əsərlərindən biri olan “Xəmsə”ə daxil olan beş poemanın hər birindən söz açan müəllif bu poemalarda təsvir olunan personajların sonralar Avropa ədəbiyyatında Şiller və Puççini tərəfindən prototip kimi istifadə olunduğunu qeyd edib.
Məqalədə şairin “Yeddi Gözəl” poemasının dünya ədəbiyyatı irsinə qızıl hərflərlə əks olunduğunu bildirib və bu əsərin Şərqdə ilk dəfə Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən opera səhnəsinə qoyulmasına dair məlumat verilib.
Amir Batti qeyd edib ki, Nizami öz yaradıcılığında qadına böyük dəyər verib, əməyə hörmətlə yanaşıb və böyük vətənpərvər kimi xalqının qəhrəmanlıq salnaməsi ilə fəxr edib.
Müəllif Nizaminin əlyazmalarının Paris, London, Moskva, Qahirə, İstanbul və digər şəhərlərin muzeylərində hazırda saxlanıldığını və şairin əsərlərinin bir sıra dünya dillərinə tərcümə edildiyini qeyd edib.
Məqalədə Azərbaycan xalqının Nizami yaradıcılığına böyük məhəbbətlə yanaşdığı və onun əsərlərinin Azərbaycan folkloruna böyük təsir etdiyi xüsusi vurğulanıb.

Xarici siyasət
![Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib](https://apa.az/storage/news/2024/june/15/big/666dbe7e35ae0666dbe7e35ae11718468222c49bc4dc78c4b564f4b2c0c01eb1d0d1.jpg)
Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
![Türkiyəli şərhçi: Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini qorumaq əzminin göstəricisidir](https://apa.az/storage/news/2024/june/15/big/666d822b205cb666d822b205cc1718452779666d822b205c9666d822b205ca.jpeg)
Türkiyəli şərhçi: Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini qorumaq əzminin göstəricisidir
![Girne Amerikan Universitetitinin professoru Sadık Akyar](https://apa.az/storage/news/2024/june/15/big/666d65fbb2bee666d65fbb2bef1718445563666d65fbb2bec666d65fbb2bed.jpg)
Türkiyəli polkovnik: Azərbaycan və Türkiyə Şuşa bəyannaməsi çərçivəsində birgə uğurlu addımlar atıb
![Qazaxıstan Səfirliyi Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib](https://apa.az/storage/news/2024/june/15/big/666d5e94cf69b666d5e94cf69c1718443668666d5e94cf699666d5e94cf69a.jpg)