Bakıda Azərbaycan və Özbəkistan arasında ikitərəfli məsləhətləşmələr keçiriləcək
17 sentyabr 2012 09:12 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Sentyabrın 18-də Bakıda Azərbaycan və Özbəkistan arasında ikitərəfli məsləhətləşmələrin növbəti mərhələsi keçiriləcək. APA-nın Özbəkistan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məsləhətləşmələr xarici işlər nazirlərinin müavinləri səviyyəsində olacaq. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaq.
Xatırladaq ki, bu ilin oktyabrında Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana səfəri planlaşdırılır. O, Azərbaycan-Özbəkistan hökumətlərarası əməkdaşlıq komissiyasının toplantısına qatılacaq. Komissiyanın sonuncu – 9-cu iclası 2010-cu ilin sentyabrında Daşkənddə keçirilib.

Xarici siyasət
Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı tədbir keçirilib - FOTO
21:00
9 may 2024
Moskvada Azərbaycanın faşizm üzərindəki qələbədə roluna həsr olunmuş sərgi açılıb - FOTO
20:37
9 may 2024
Polşada azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarı ziyarət olunub
16:17
9 may 2024
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb
22:38
8 may 2024