Gürcü ekspert: “Azərbaycanlılar həmişə Gürcüstan dövlətçiliyini qorumağa çalışıblar”
28 sentyabr 2012 08:20 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Azərbaycanlılar həmişə Gürcüstan dövlətçiliyini qorumağa çalışıblar. Onlar sülhsevər xalqdır. Həmişə belə olub. Bu, tarixi sənədlərdə də əksini tapıb. Mən belə faktlardan çox söyləyə bilərəm. Vaxtilə Ağa Məhəmməd Şah Qacar Gürcüstana hücum edəndə Tiflisdə yaşayan azərbaycanlılar bizim dövlətçiliyimizi qoruyublar, kilsələrimizi qoruyublar. Azərbaycanlıların kökü albanlara gedib çıxır, bizim də qıpçaqlarla qan qohumluğumuz var. Qaynayıb-qarışmışıq. Azərbaycan və gürcü xalqının dostluğunun alternativi yoxdur”. Bu sözləri APA-ya açıqlamasında gürcü ekspert, Cənubi Qafqazda Regional Təhlükəsizlik İnstitutunun direktor müavini Badri Naçkebiya deyib. O bildirib ki, Cənubi Qafqazda münaqişələrin həlli iki komponentdən asılıdır: “Birincisi, münaqişə aparan hər iki xalq bir-birinin adət-ənənələrinə, ikincisi isə ərazi bütövlüyünə hörmət etməlidir. Bu gün bu komponentlərsiz münaqişələrin həlli mümkün deyil. Hər iki xalq ümumi dil tapmalı, münaqişəni özləri həll etməlidirlər”.
B. Naçkebiya son günlər Gürcüstanda baş verən hadisələrə, həbsxanalarda işgəncə hallarının ortaya çıxmasına da münasibət bildirib. O qeyd edib ki, müxalifətçi “Gürcü Arzusu” Partiyasının hakimiyyət tərəfdarları tərəfindən “Gürcü oğrusu” adlandırılması çox təhlükəlidir: “Mən müstəqil ekspert kimi belə qütbləşməni çox təhlükəli hesab edirəm. Biz siyasi mədəniyyət öyrənməliyik. Bizim qonşu ölkələr də bu yolu keçiblər. Türkiyədə də belə olub. Avropa demokratiyası artıq Türkiyədə var. Biz də bu yolu keçməliyik. Bu gün biz avtomobillərimizin qapısını açıq qoyuruq. Oğurluq yoxdur, yollarımız düzəlib, insanlar rahat nəfəs alır. Bu hadisələrdən sonra həbsxanalarda qayda-qanun şübhəsiz ki, bərpa olunacaq. Başqa alternativ yoxdur. Çünki cəmiyyət hər şeyi bildi və bir daha belə işgəncələr və qanunsuzluqlar təkrar oluna bilməz”.

Xarici siyasət
Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı tədbir keçirilib - FOTO
21:00
9 may 2024
Moskvada Azərbaycanın faşizm üzərindəki qələbədə roluna həsr olunmuş sərgi açılıb - FOTO
20:37
9 may 2024
Polşada azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarı ziyarət olunub
16:17
9 may 2024
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb
22:38
8 may 2024