Azərbaycanın xarici işlər naziri UNESCO Baş konfransının prezidentini qəbul edib - FOTO
04 oktyabr 2012 16:20 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov UNESCO Baş konfransının prezidenti xanım Boqyay Katalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan-UNESCO arasında qurulmuş və surətlə inkişaf edən əməkdaşlıqdan danışıb, bu əməkdaşlıqdan məmnunluq ifadə edib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi mədəniyyət, təhsil və elm sahələrində gördüyü işlər, həyata keçirdiyi uğurlu layihələr haqqında qonaqlara məlumat verib.
Azərbaycandakı tolerantlığın dünya ölkələri üçün nümunə ola biləcəyindən danısan nazir Elmar Məmmədyarov ölkəmizdə müxtəlif dinləri təmsil edən insanların sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayıb.
Xanım Boqyay Katalin də öz növbəsində Azərbaycanla təmsil etdiyi təşkilat arasında olan əməkdaşlıqdan bəhs edib və əməkdaşlığın səviyyəsindən razılıq ifadə edib. Eyni zamanda xanım B.Katalin Azərbaycanın təşkilatın olduqca aktiv və fəaliyyəti ilə seçilən üzvü olduğunu vurğulayıb.
Görüş zamanı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xarici siyasət
Polşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub
15:47
25 may 2024
Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb
13:59
25 may 2024
Bayden: Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq
12:35
25 may 2024
Şahin Mustafayev Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
12:14
25 may 2024