Fransanın Azərbaycandakı yeni səfiri fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşüb
18 oktyabr 2012 16:10 (UTC +04:00)
APA-nın FHN-in saytına istinadən xəbərinə görə, görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan və Fransanın fövqəladə halların idarə edilməsi üzrə məsul dövlət qurumları arasındakı əlaqələrdən söz açıb.
O, iki ölkənin müvafiq qurumları arasında imzalanmış sazişlərdən irəli gələn məsələlərin həllindən danışaraq, nazirliyin maddi-texniki imkanlarının artırılmasında Fransa şirkətlərinin istehsal etdiyi avadanlıqların mühüm rol oynadığını qeyd edib. Nazir həmçinin mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.
K.Heydərov səfirə fəaliyyətində uğurlar arzulayıb, səfirin diplomatik fəaliyyəti dövründə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Qonaq da öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib və Fransanın Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xarici siyasət
Prezident: "Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub"
23:32
27 may 2024
Rumıniya Prezidenti: Azərbaycan Cənubi Qafqaz regionunda yaxın və etibarlı strateji tərəfdaşdır
17:56
27 may 2024
İrakli Kobaxidze: Azərbaycanla münasibətlərin dərinləşməsi bizim hökumətimizin ən əsas prioritetidir
14:00
27 may 2024
XİN: İranın Azərbaycanla əlaqələri düzgün yoldadır
12:46
27 may 2024