Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndələri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərməyə söz veriblər
25 oktyabr 2012 21:02 (UTC +04:00)
Bakı-APA. Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyəti oktyabrın 25-də Qubada yerləşən bir neçə sinaqoqu ziyarət ediblər. Bu barədə APA Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir. Qırmızı Qəsəbədə yerləşən sinaqoqlara baş çəkən qonaqlar burada yaradılmış şəraitdən məmnun olduqlarını vurğulayıblar.
Nümayəndə heyətinin üzvləri Qəsəbədə məskunlaşmış yəhudi icmasının nümayəndələri ilə görüşüblər. Azərbaycanda onlar üçün yaradılan şəraitdən məmnun olduqlarını bildirən sakinlər, ölkəmizdə dini və etnik tolerantlığın çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, sosial-iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilən layihələr qəsəbənin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına səbəb olub. Sakinlər bildiriblər ki onları narahat edən yeganə məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməyidir. Onlar nümayəndə heyətinin üzvlərindən, münaqişənin ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün səylərini əsirgəməməyi xahiş ediblər.
Nümayəndə heyətinin üzvləri öz növbəsində, sakinlərlə görüşdən çox şad olduqlarını bildiriblər. Qonaqlar qeyd ediblər ki, Azərbaycana səfər ölkəmiz haqqında zəngin təəssürat yaradıb. Onlar Azərbaycandakı tolerantlıq ənənələrini yüksək qiymətləndirdiklərini xüsusilə vurğulayıblar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməyindən narahat olduqlarını bildirən qonaqlar problemin aradan qaldırılması üçün əllərindən gələni etməyə hazır olduqlarını vurğulayıblar.
Xatırladaq ki, Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyəti oktyabrın 23-dən Bakıda səfərdədir. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə təşkil olunan səfər oktyabrın 26-da yekunlaşacaq.

Xarici siyasət
Milli Məclis Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavininə etirazını bildirib
22:20
24 may 2024
Spiker: “Azərbaycanla Gürcüstan arasında səmərəli əməkdaşlıq uzun illər əvvəl dəqiqliklə düşünülmüş siyasətin tərkib hissəsidir” - FOTO
20:23
24 may 2024
Səfir: "Azərbaycan və Gürcüstan arasındakı dostluq iki ölkə arasında əlaqələrin inkişafına təkan verib" - FOTO
20:04
24 may 2024
Ceyhun Bayramov Almaniya xarici işlər naziri ilə telefonla danışıb
19:56
24 may 2024