Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfiri ali məktəb rektorları ilə görüş keçirib

Türkiyənin Azərbaycandakı səfiri ali məktəb rektorları ilə görüş keçirib
# 17 fevral 2007 09:58 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu ali məktəb rektorları ilə görüş keçirib. APA-nın məlumatına görə, səfir görüşün tanışlıq xarakteri daşıdığını və davamlı olacağını bildirib. Səfirin fikrincə, belə əlaqələrin qurulması Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsinə kömək edəcək: “Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyədən Azərbaycana təhsil missiyalarının səfəri planlaşdırılır”. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov isə təhsil sahəsində mövcud problemlərdən danışıb, Azərbaycan ali məktəblərinin hüquq fakültələrinin diplomlarının Türkiyədə tanınmadığını deyib. O, Azərbaycanda təhsil alan türkiyəli məzunların diplomlarının tanınmamasının da problemlər yaratdığını qeyd edərək, bunun aradan qaldırılmasını vacib sayıb. Öz növbəsində, səfir bu məsələnin müzakirəsinə ehtiyac olduğunu və qarşılıqlı anlaşma ilə həllinə çalışacağını bildirib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə isə təhsil sahəsində Türkiyə ilə əməkdaşlığı yüksək qiymətləndirib. M.Abbaszadə bu ilin sentyabrında Bakıda qiymətləndirmə ilə bağlı beynəlxalq konfransın keçiriləcəyini və Türkiyə nümayəndələrinin də burada iştirakının arzu edilən olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR