Bank Of Baku

ABŞ səfirliklərində tətbiq olunan təhlükəsizlik rejimi yumşaldılacaq

ABŞ səfirliklərində tətbiq olunan təhlükəsizlik rejimi yumşaldılacaq
# 10 aprel 2008 10:17 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Senatda keçirilən dinləmələrdə respublikaçı Cadd Qreqq və demokrat Patrik Lixi dövlət katibindən xarici ölkələrdəki ABŞ səfirliklərinin nə üçün alınmaz qalalara çevrildiyini soruşublar. C. Qreqq bu durumun ABŞ-ın imici üçün çox ciddi həyəcan siqnalı olduğunu bildirib: “Mən həmin səfirliklərə daxil olarkən təəccüblənir və öz-özümə sual verirəm: görəsən, doğrudanmı bura Amerikadır? Biz oralarda əsl qalalar qurmuşuq, bunlar sanki bunkerdir”. Senator deyib ki, hazırda ABŞ səfirlikləri üçün 10 il əvvəl tətbiq olunmuş təhlükəsizlik rejimini saxlamağa ehtiyac yoxdur. O, dövlət katibini məsələni araşdırmağa, vəziyyətin düzəldilməsi üçün Konqresə təkliflər təqdim etməyə çağırıb: “Aydındır ki, biz personalı müdafiə etməliyik, amma səfirlikləri həm yerləşdiyi ölkə, həm də ora gələn qonaqlar üçün daha dostyana bir yerə çevirməyin hansısa üsulları olmalıdır”.
Suallara və iradlara cavab verən K. Rays bildirib ki, səfirliklər sərt təhlükəsizlik tələblərinə riayət etməyə borcludur, ancaq Dövlət Departamenti diplomatik missiyaları mümkün olduğu qədər açıq hala gətirməyə çalışır: “Sizin qaldırdığınız problem mənə məlumdur. Biz hazırda diplomatik missiyalarımızı daha dostyana bir hala gətirməyə çalışırıq”. O, Çindəki diplomatik missiyanı misal göstərərək, konsulluq funksiyalarının səfirlikdən ayrıldığını və insanlar üçün daha əlçatan bir yerə çevrildiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR