Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn: “Yaponiya ilə iqtisadi əməkdaşlığın inkişafı iqtisadi diplomatiyamızın prioritet istiqamətlərindən biridir” - EKSKLÜZİV
- Azərbaycan Yaponiya ilə ikitərəfli əlaqələrə böyük əhəmiyyət verir. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci il sentyabrın 7-də qurulub. Möhkəm siyasi əlaqələrə malik olan Azərbaycan və Yaponiya qarşılıqlı hörmət, maraq və dostluğa əsaslanaraq müxtəlif sahələrdə əməkdaşlıq edir və bu əməkdaşlıq daim genişlənməkdədir. Azərbaycanın iqtisadi diplomatiyasının prioritet istiqamətlərindən biri dünyanın 2-ci iqtisadi gücü sayılan Yaponiya ilə iqtisadi əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdirilməsidir. İki ölkə arasında turizm və mədəniyyət sahələrində əlaqələr də inkişaf edir. İldən ilə Yaponiyadan Azərbaycana yalnız iş adamlarının deyil, turistlərin səfərləri də artmaqdadır. 2007-ci ilin sentyabr ayında Tokio şəhərində Dünya Turizm Sərgisi keçirildi. İlk dəfə olaraq sərgidə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, turizm şirkətləri də iştirak edərək ölkəmizin turizm potensialını Yaponiyada təqdim etdilər.
- Yapon neft-qaz şirkətləri Azərbaycanın enerji sektoruna investisiya qoyuluşunun həcmini genişləndirməyi planlaşdırırmı?
- Bildiyiniz kimi, “Əsrin müqaviləsi”ndə Yaponiyanın İNPEX və “İtochu”â…¦ şirkətləri pay sahibidirlər. Şübhəsiz ki, ölkəmizin istər Xəzər dənizində, istərsə də quruda sahib olduğu karbohidrogen yataqlarının istismarı strateji əhəmiyyət daşıyır. Yapon tərəfi hər zaman bu sahə üzrə Azərbaycana müxtəlif səpkili sərmayə qoyuluşlarında maraqlıdır. Biz çalışırıq ki, Yaponiya tərəfi həddindən artıq maraqlı olduğu neft-qaz sənayesi ilə yanaşı, ölkəmizin qeyri-neft sektorunun inkişafında, yüksək texnologiyaların, o cümlədən müxtəlif sahələrdə təcrübələrin əldə edilməsi istiqamətində də fəal iştirak etsin. Artıq yapon şirkətləri ölkəmizdə enerji sektoru ilə yanaşı, digər sənaye sahələrinə də maraq göstərməyə başlayıblar.
- Azərbaycanın kənd təsərrüfatı sahəsinə Yaponiyanın texniki yardımının artacağı gözlənilirmi?
- 1997-ci ildən başlayaraq ölkəmizdə ərzaq məhsuldarlığının artırılması üçün Yaponiya tərəfindən kənd təsərrüfatı sahəsinə “2 KR Qrant Yardımı” həyata keçirilməkdədir. Bu günə qədər 25 milyon ABŞ dollarından çox yardım göstərilib. Ötən ildən başlayaraq səfirliyin tövsiyələri əsasında Yaponiya kənd təsərrüfatının mərkəzi kimi tanınan Hokkaydo regionunun bir sıra mütəxəssislərinin iştirakı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının yardımı ilə Azərbaycanın müxtəlif regionlarında kənd təsərrüfatının inkişafı sahəsində pilot proqram həyata keçirilir. Tədqiqat xarakterli səfərlər nəticəsində toplanmış məlumat, hesabat və dəyərləndirmələr Yaponiyanın işgüzar dairələrində istifadə olunaraq ölkəmizin kənd təsərrüfatı sahəsinə sərmayə qoyuluşu və ya işgüzar məqsədlə gələn yapon iş adamları üçün əlverişli sənəd rolunu oynayacaq.
- Yaponiyanın TRACECA layihəsinə qoşulacağı gözlənilirmi?
- Ötən əsrin sonundan etibarən Yaponiya diplomatiyası tərəfindən tarixi İpək Yolunun bərpası, bu yolun keçdiyi ölkələrlə əməkdaşlığın prioritet hesab edilməsinə qərar verilib. Bu istiqamətdə Yaponiya hökuməti tarixi İpək Yolunun bərpası üzrə bütün layihə və proqramlarda iştirak etmək əzmindədir. Digər tərəfdən isə TRACECA çərçivəsində maliyyələşdirilən layihələrə, o cümlədən seçilmiş nəqliyyat layihələrinin həyata keçirilməsinə Yaponiya tərəfi həm texniki yardım göstərir, həm də Asiya İnkişaf Bankı çərçivəsində həyata keçirilən layihələrdə iştirak edir. Yapon şirkətləri TRACECA regionunu əhatə edən bütün nəqliyyat layihələrində iştirak edib və bundan sonra da fəal iştirak etmək niyyətindədir.
- Yaxın vaxtlarda Yaponiyadan Azərbaycana və ya əks istiqamətdə dövlət və hökumət rəsmilərinin səfərləri planlaşdırılırmı?
- 2006-cı ilin martında Azərbaycan prezidenti cənab İlham Əliyev Yaponiyada rəsmi səfərdə olub. Prezidentimiz Yaponiyanın baş nazirini Azərbaycana rəsmi səfərə dəvət edib və bu səfərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda Azərbaycan xarici işlər nazirinin Yaponiyaya, eləcə də Yaponiya xarici işlər nazirinin Azərbaycana səfərləri ilə bağlı iş aparılır. Azərbaycan təhsil nazirinin də Yaponiyaya səfəri gözlənilir.
- Yaponiyada yaşayan azərbaycanlılara münasibət necədir? Onlar özlərini rahat hiss edirlərmi?
- Yaponiyada yaşayan azərbaycanlıların böyük qismini tələbələr təşkil edir. Eyni zamanda yapon şirkətlərində çalışan azərbaycanlılar və yaponlarla ailə həyatı quran vətəndaşlarımız da var. Yapon xalqı qonaqpərvər, mehriban və gülərüz xalqdır. Yaponiyada azərbaycanlılara münasibət yaxşıdır.
Xarici siyasət
Prezidentin yumşaq güc siyasəti Azərbaycanın nüfuzunun möhkəmlənməsinə xidmət edir - RƏY
Pakistan XİN rəsmisi: Azərbaycan Prezidentinin regional təşəbbüsləri təqdirəlayiqdir
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
Gürcüstan hökuməti: Azərbaycanla ən yaxşı münasibətlərə malikik
Xəbər Lenti
Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşir
Balıqçılıq sahəsində nəzarət yoxlamaların dayandırılması rejiminə daxil olmayacaq
Yəmən ordusu İran təyyarəsinin enişini dayandırmaq üçün Səna aeroportunun uçuş-enmə zolağını vurub - YENİLƏNİB
ADY-də "SİMA Pay"dan istifadə edənlərin sayı 9 mini ötüb
Dövlət Xidmətinin əməkdaşı beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilib
Dövlət Agentliyi: Peşə təhsilində əsas mərhələ yeni başlayır
Aİ Moldovaya hava hücumundan müdafiənin gücləndirilməsi üçün 120 mln. avro ayırıb
Bu il narkotiklə bağlı 2848 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 30-u xarici vətəndaşdır
Azərbaycanda 166 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Altı ayda narkotiklərlə bağlı 4434 cinayət faktı aşkarlanıb
Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumundan ailə fotosu paylaşılıb
“TikTok” və “LinkedIn” nümayəndələri ilə Azərbaycanla əməkdaşlıq perspektivləri müzakirə edilib
Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb
Azərbaycanda peşə təhsili üzrə ixtisasların sayı 800-dən 250-yə endirilir
Oğuzda 28 yaşlı kişinin meyiti tapılıb
ABŞ İrana raket zərbəsi endirib, ölənlər və yaralananlar var
Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azad edilmiş ərazilərdə daha 114 mina, 237 PHS aşkarlanıb
Ümumdünya Gömrük Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
Slaven Biliç Xorvatiya milli komandasının baş məşqçisi təyin olunub
Aİ Ermənistanda yeni tərəfdaşlıq missiyasına başlayıb - YENİLƏNİB
Şahin Bağırov: ÜGT-nin formalaşdırdığı prinsiplər bir çox ölkədə tətbiq olunur
Aİ "VKontakte" və "Max"a sanksiyalar tətbiq edib
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Kreml: Xüsusi xidmət orqanları Ukrayna dronlarının Rusiya ərazisinə haradan gəldiyini görür
İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir
ÜGT-nin Baş katibi: DGK-nın modernləşmə istiqamətində fəaliyyəti məndə müsbət təəssürat yaratdı
Rusiya Odessada xarici ticarət gəmisinə zərbə endirib: 3 nəfər ölüb, 5 yaralı var
Uruqvaylı jurnalist: Azərbaycan Prezidentinin media ilə səmimi dialoqu mühüm əhəmiyyət daşıyır
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclasının tarixi açıqlanıb
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
Prezidentin Mətbuat Xidməti IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx hazırlayıb
Aktotı Raimkulova: Şuşa Qlobal Media Forumu Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
Prezidentin yumşaq güc siyasəti Azərbaycanın nüfuzunun möhkəmlənməsinə xidmət edir - RƏY
Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında son 20 ilin ən yüksək nəticəsini əldə edib
Kobaxidze: Rusiya suverenliyimizin 20, xanım Kallas isə 100 faizini tanımır
Mərakeş rəsmisi: Şuşa Qlobal Media Forumu sülh mədəniyyətinin təşviqinə töhfə verir
Binəqədidə ödəmə terminalından oğurluq edən 2 nəfər tutulub
MÜTDA: Məktəbəhazırlıq qruplarına qəbul prosesinin növbəti həftə aktivləşdirilməsi nəzərdə tutulur
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Ukrayna bir həftədə Rusiyanın "kölgə donanması"na məxsus 105 gəmini vurub
Pakistan XİN rəsmisi: Azərbaycan Prezidentinin regional təşəbbüsləri təqdirəlayiqdir
Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq
Ağdam, Ağdərə və Xocavənddə əməyin mühafizəsinə dair 18 tədbir keçirilib
AMB: Bank kartını üçüncü şəxsə verənlər üçün hüquqi məsuliyyət nəzərdə tutulmalıdır
Bəqayi İslamabad memorandumunun bəndlərinin qüvvədən düşdüyünü bildirib
Kobaxidze: ATƏT Gürcüstanda hökumətin dəyişdirilməsi prosesinə cəlb olunub