Bank Of Baku

Azərbaycanın Böyük Britaniyadakı səfiri Lordlar Palatasının üzvləri Lord Klark və Lord Patellə görüşüb

Azərbaycanın Böyük Britaniyadakı səfiri Lordlar Palatasının üzvləri Lord Klark və Lord Patellə görüşüb
# 23 may 2008 08:11 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Britaniya Lordlar Palatasının üzvləri Lord Klark və Lord Patellə görüşüb. Azərbaycanın Böyük Brityaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşlərdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Fəxrəddin Qurbanov Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilən danışıqlar və GUAM çərçivəsində həyata keçirilən regional inteqrasiya təşəbbüsləri barədə söhbət açıb. Səfir Lordlar Palatasının hər iki üzvünü Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupuna qoşulmağa dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR