Bank Of Baku

Azərbaycanın Türkiyədəki səfirliyi ADR-in yaranmasının 90 illiyini təntənəli tədbirlərlə qeyd edəcək

Azərbaycanın Türkiyədəki səfirliyi ADR-in yaranmasının 90 illiyini təntənəli tədbirlərlə qeyd edəcək
# 23 may 2008 08:47 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın Türkiyədəki səfirliyi Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 90 illik yubileyi münasibətilə təntənəli tədbir təşkil edəcək. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Türkiyənin dövlət və hökumət nümayəndələri, Ankarada fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələr, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edəcəklər. Mərasimdə Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Aypara” qrupunun çıxışı olacaq.
Mayın 28-də isə əlamətdar tarixi gün Ankaradakı Heydər Əliyev adına parkda qeyd olunacaq. Parkda “Aypara” qrupunun iştirakı ilə böyük konsert keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR