Bank Of Baku

Butros Butros-Qalinin xanımı Prezident İlham Əliyevə məktub ünvanlayıb

Butros Butros-Qalinin xanımı Prezident İlham Əliyevə məktub ünvanlayıb
# 08 oktyabr 2020 19:38 (UTC +04:00)

BMT-nin sabiq Baş katibi Butros Butros-Qalinin xanımı Leya Mariya Butros-Qali Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“Zati-aliləri cənab Prezident.

Azərbaycan xalqı ilə həmrəy olduğumu bildirir, mərhum Butros Butros-Qalinin Azərbaycana səfərini, Prezident Heydər Əliyevlə görüşlərini və onun sülhün təşviq olunması istiqamətindəki səylərini xatırlayıram.

O, Azərbaycanı və Prezident Heydər Əliyevi çox sevirdi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR