Bank Of Baku

Deputatlar QDİƏT PM-in Hüquqi və siyasi məsələlər komitəsinin iclasında iştirak ediblər

Deputatlar QDİƏT PM-in Hüquqi və siyasi məsələlər komitəsinin  iclasında iştirak ediblər
# 08 oktyabr 2020 16:10 (UTC +04:00)

Oktyabrın 8-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Hüquqi və siyasi məsələlər komitəsinin 56-cı iclası onlayn formatda keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda QDİƏT PM-yə üzv ölkələr – Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna,  Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Ermənistan nümayəndə heyətlərinin üzvləri iştirak ediblər. Ölkəmizi Milli Məclisin deputatları – QDİƏT PM sədrinin müavini, qurumda nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev və üzvü Jalə Əhmədova təmsil ediblər.

İclasda komitənin sədri Mixail Yemelyanov (Rusiya Federasiyası) giriş nitqi ilə çıxış edib.

Əvvəlcə, iclas iştirakçıları gündəliyi və komitənin cari ilin iyulun 9-da onlayn formatda keçirilmiş 55-ci toplantısının protokolunu təsdiqləyiblər.

Sonra tədbirdə “Pandemiya ilə mübarizədə parlamentlərin rolu – hüquqi və siyasi aspektlər” mövzusunda müzakirələr aparılıb. Məruzəni Bolqarıstan nümayəndə heyətinin üzvü Pavel Xristov təqdim edib. Qeyd olunub ki,  məruzə  nümayəndə  heyətlərinin təqdim etdikləri hesabatlar əsasında  hazırlanıb. Bildirilib ki,  virusun yayılmağa  başladığı andan etibarən  bütün ölkələr  Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edib.

Videokonfransda Türkiyə nümayəndə heyətinin üzvü Əhməd Dəmircan, Rusiya nümayəndəsi Aleksey Kondratenko və Yunanıstan nümayəndəsinin üzvü Simeon Kedikoğlu çıxış ediblər. Toplantı iştirakçıları COVİD-19 pandemiyasının siyasi və demokratik  proseslərə təsiri, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparıblar.

Müzakirələrin sonunda mövzu ilə bağlı məruzə və tövsiyə layihələri təsdiqlənib.

Yığıncaqda, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətindən bəhs edilib, təşkilatı məsələyə baxılıb. Komitənin sədr müavini Albaniya nümayəndəsinin üzvü Xalid Valteri seçilib.

İclasda QDİƏT-in nümayəndəsi Sergey Qonçarenko Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti haqqında danışıb, 2021-ci ilə dair iş planı barədə məlumat verib. Komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

Sonra QDİƏT PM-nin baş katibi Asəf Hacıyev Yunanıstan Enerji Siyasəti və İnkişaf Mərkəzinin (KEPA) 2020-ci ildə ağacların əkilməsi ilə bağlı təşəbbüsü barədə komitə üzvlərini məlumatlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR