“Azərbaycan Bərdə şəhərində baş verənlər də daxil olmaqla, Azərbaycanın dinc əhalisinə qarşı müharibə cinayətlərinə cavabdeh olanların məsuliyyətə cəlb olunaraq ədalət qarşısına çıxarılması üçün əlindən gələni edəcəkdir!”
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.
“Allah günahsız mülki şəxslərin ruhunu şad etsin”, - deyə nazir vurğulayıb.