Bank Of Baku

ABŞ Brüssel görüşünü Azərbaycanla Ermənistan arasında sülh istiqamətində mühüm addım adlandırıb

ABŞ Brüssel görüşünü Azərbaycanla Ermənistan arasında sülh istiqamətində mühüm addım adlandırıb
# 16 may 2023 03:25 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə görüşün nəticələrinə dair sualı cavblandırıb.

“Mənim bununla bağlı heç bir əlavə qiymətləndirməm yoxdur. Mən iki tərəfin də yeniliklər barədə danışdığına ümid edirəm. Aydındır ki, ABŞ bu danışıqlarda tərəf deyil. Lakin Arlinqtonda ev sahibliyi etdiyimiz danışıqların davamı olaraq, sülhün tərəfdarı kimi bu görüşün də mühüm addım olduğuna inanırıq”, - deyə Patel vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR