Bank Of Baku

ABŞ səfirliyi: ANAMA-ya dəstək olmaqdan qürur duyuruq

ABŞ səfirliyi: ANAMA-ya dəstək olmaqdan qürur duyuruq
# 04 aprel 2023 14:08 (UTC +04:00)

"ANAMA və onun cəsarətli minatəmizləyicilərinə dəstək olmaqdan qürur duyuruq".

APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyi Beynəlxalq Mina Xəbərdarlığı günü ilə bağlı "Twitter" paylaşımında bildirib.

"Regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb", - qeyd olunub.

Vurğulanıb ki, ABŞ 1993-cü ildən bəri 100-dən çox ölkəyə 4,6 milyard dollardan çox sərmayə yatırmaqla adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR