Bank Of Baku

ABŞ səfirliyi: Lui Bono Bakıya qayıdıb

ABŞ səfirliyi: Lui Bono Bakıya qayıdıb
# 10 mart 2023 18:20 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftənin əvvəlində ölkədən kənarda olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla əlavə görüş keçirmək üçün Bakıya qayıdıb.

Bunu APA-nın sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi bildirib.

“Baş müşavir həm İrəvanda, həm də Bakıda sülh prosesinin irəliləyişini təmin etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Cənab Lui Bono xarici işlər naziri Bayramovla görüşmək imkanını yüksək qiymətləndirib. Bono hər iki ölkədə mətbuata verdiyi açıqlamada da bildirdiyi kimi, ABŞ Azərbaycan və Ermənistana davamlı sülhə nail olmaqda kömək etməyə sadiqdir”, - qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR