Bank Of Baku

Afrikalı nümayəndə: Fransanın ifşası istiqamətində aparılan müzakirələr nəticə verir

Afrikalı nümayəndə: Fransanın ifşası istiqamətində aparılan müzakirələr nəticə verir
# 20 oktyabr 2023 12:58 (UTC +04:00)

“Səhiyyə və digər sahələrdə olan problemlərin səbəbi kolonial güclərin müstəmləkə altında saxladığı ölkələrdə apardığı siyasətlə bağlıdır”.

APA xəbər verir ki, bunu paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda Keniyadan olan QHT rəhbəri Kristiene Yakhama deyib.

“Kolonial ölkələr keçmişdə etdiklərinə görə, bizlərdən üzr istəməlidirlər, onlar bizim qitəmizdə səhiyyə imkanlarının genişlənməsinə, inkişafına dəstək verməlidirlər. Kolonial ölkələr yerli əhaliyə hörmət etməlidir”, - o əlavə edib.

“Afrika Mundus” şəbəkəsinin təsisçisi Emmanuel Argo isə çıxışında qeyd edib ki, Fransanın gördüyü işlərin ifşası istiqamətində aparılan bu müzakirələr nəticə verir: “Artıq görünən odur ki, Fransa buna reaksiya verir. Mən bura gəlmişəm, çünki mən bu tribunaya, neokolonializmlə bağlı bütün bu addımlara inanıram. Biz növbəti atacağımız addımları müəyyən etməliyik”.

O, çıxışında Fransada üzləşdiyi rasizmlə bağlı təcrübəsini, hücuma məruz qalmasını konfrans iştirakçıları ilə bölüşüb.

Yeni Kaledoniya Parlamentinin üzvü Isabelle Serainin sözlərinə görə, 170 ildir Fransa bu əraziləri işğal edib, artıq bunu sonlandırmağın zamanı çatıb: “Onlar referendum keçirdilər. Bu, sadəcə maskarad idi, daha sonra 2021-ci ildə referendum oldu, onlar bizim səslərimizi oğurladılar. Fransa bizim daxili işlərimizə qarışır, referendumumuza müdaxilə edir, bu keçmişdən gələn reflekslərdir. Biz beynəlxalq arenada görünməliyik, öz tələblərimizi çatdırmalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR