Bank Of Baku

Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib

Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib
# 04 aprel 2023 17:34 (UTC +04:00)

Aİ və Aİ ölkələri Azərbaycanda minatəmizləməyə dəstək verən ən böyük beynəlxalq donorlardandır.

APA xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Twitter" hesabında bildirib.

"Beynəlxalq Mina Xəbərdarlığı və Minalarla Mübarizə üzrə Yardım Günüdür. Biz bütün dünyada, həmçinin Azərbaycanda mina qurbanlarına görə kədərlənirik. Aİ və Aİ-yə üzv dövlətlər təxminən 8 milyon avro ilə Azərbaycanda minaların təmizlənməsinə yardım edən ən böyük beynəlxalq donorlardır. Biz minatəmizləmə üçün bu dəstəyi davam etdirəcəyik, o cümlədən ekspert məsləhətləri, münaqişədən zərər çəkmiş əhaliyə yardım göstərmək, reabilitasiya və yenidənqurma işləri aparacağıq. Aİ regionda davamlı sülhün qurulmasına qətiyyətlə sadiqdir", Aİ diplomatı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR