Bank Of Baku

Aİ baş katibinin müavini Hikmət Hacıyevlə görüşüb

Aİ baş katibinin müavini Hikmət Hacıyevlə görüşüb
# 04 may 2023 22:09 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Brüssel prosesi çərçivəsi də daxil olmaqla Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəkləməyə davam edir.

APA xəbər verir ki, bunu Avropa İttifaqı baş katibinin müavini Enriki Mora Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra Tvitter paylaşımında bildirib.

"Hikmət Hacıyevə vacib Aİ-Azərbaycan təhlükəsizlik dialoquna görə təşəkkür edirəm. İkitərəfli əlaqələrin gücləndirilməsi, Aİ-nin regionda mövcudluğu istiqamətində işləyirik. Aİ Brüssel prosesi çərçivəsində də olmaqla Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəkləməyə davam edir",- Mora qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR