Avropa İttifaqı bütün minaların zərərsizləşdirilməsi səylərində Azərbaycanı dəstəkləməyə davam edəcək.
APA xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko "X" hesabında bildirib.
"ANAMA-nın daha bir əməkdaşının mina partlaması nəticəsində ağır yaralanması xəbəri çox kədərlidir. Azərbaycanda insanlar minaların yaratdığı dəhşətli təhlükədən azad yaşamalıdırlar. Avropa İttifaqı Azərbaycanı bütün minaların zərərsizləşdirilməsi səylərində dəstəkləməyə davam edəcək”, - Aİ səfiri bildirib.