Regionda kommunikasiyaların açılması sülh prosesinə öz töhfəsini verəcək.
APA xəbər verir ki, bunu Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərə deyib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması şübhəsiz ki, Azərbaycanla Aİ arasında ticarət əlaqələrinin gələcəkdə möhkəmləndirilməsinə xidmət edəcək.
“Bu Avropa ilə Asiyanı birləşdirmək üçün də mühümdür və üçtərəfli bəyanatda da öz əksini tapıb. Aİ hər yerdə sülhün və sabitliyin qorunub saxlanılmasının, əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdır”, - səfir vurğulayıb.