Bank Of Baku

Aİ XİN rəhbərləri Ermənistan-Azərbaycan sərhədinə yeni missiya göndərməklə bağlı gələn həftə qərar verəcək

Avropa İttifaqı

© APA | Avropa İttifaqı

# 20 yanvar 2023 18:37 (UTC +04:00)

Avropa İttifaqına üzv 27 ölkənin XİN rəhbərləri yanvarın 23-də Ermənistana yeni missiya göndərmək barədə qərar qəbul edəcək.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.

O qeyd edib ki, missiyanın göndərilməsi Cənubi Qafqazda sabitliyə töhfə verməlidir.

Xatırladaq ki, “Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yaymışdı ki, Aİ Ermənistan-Azərbaycan sərhədinə iki illik mandatla 100 müşahidəçidən ibarət missiya göndərməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR