Bank Of Baku

Akkan Suver: Ermənistan və himayədarları yaranmış status-kvonu qəbul etməlidir

Akkan Suver

© APA | Akkan Suver

# 05 may 2023 12:39 (UTC +04:00)

Azərbaycan 2020-ci ildə 44 günlük savaşda torpaqlarını işğaldan azad etdi. Bu gün isə Ermənistan və himayədarları yaranmış status-kvonu qəbul etməlidir.

APA-nın xəbərinə görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən “Ümummili lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Ermənistan-Azərbaycan münaqişəsi və Heydər Əliyev” adlı paneldə Türkiyənin "Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi"nin sədri Akkan Suver bildirib.

Akkan Suver deyib ki, bu gün ABŞ Qarabağda ermənilərə mədəni muxtariyyət verilməsini istəyir: “Vaşinqton Qarabağda ermənilərə status verilməsinə nail olaraq bölgədə təsir dayağı yaratmaq istəyir. Fransanın da mövqeyi məlumdur. Bir daha vurğulamaq istəyirəm ki, Ermənistan və himayədarları yaranmış status-kvonu qəbul etməlidir. Ermənistan sülh danışıqlarında sülhpərvər mövqe tutmasa, Azərbaycan Ordusunun əməliyyat keçirməsinin gündəmə gətirilməsi istisna olmayacaq. Ermənistan Azərbaycana qarşı koalisiya axtarışında olmamalı, Azərbaycanla sülhə can atmalıdır. Ermənistan hərbi yolla nəyəsə nail ola bilməyəcək. İki il əvvəl Qarabağ məsələsinə nöqtə qoyulub. 1996-cı ildə ATƏT-in Lissabon sammitində Ermənistan istisna ilə, bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Ermənistanın öz sərhədlərinə dönməsi sülh danışıqlarının nəticə verməsi üçün əsasdır. Ermənistan sülh müqaviləsindən sonra nəfəslik əldə edəcək. Zəngəzur dəhlizi Azərbaycanın təbii haqqı olan strateji dəhlizdir. Üçtərəfli Bəyanatda Azərbaycanın Naxçıvanla əlaqəsinin təmin edilməsi öhdəliyi var. Ermənistan təxribatlardan əl çəkməli, səmimi əməkdaşlıq etməlidir. İranın tələm-tələsik Qafanda konsulluq açmasının sülh prosesinə nə faydası var? “Nemezis” əməliyyatı ilə bağlı abidə açmağa nə ehtiyac var? Bundan sonra Türkiyə hava sərhədlərini bağladı, Ermənistan üçün belə təxribatın nə faydası oldu?”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR