Regionda sülh və əmin-amanlıq üçün bütün təşəbbüslər qiymətləndirilməlidir.
APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
O deyib ki, tərəflərin vasitəçilərlə bağlı müəyyən narahatlıqları var.
"Biz - Almaniya Aİ tərəfdaşı olaraq ortaq yol tapmaq üçün öz əlaqələndirici rolumuzu təklif edirik. Hər iki ölkədəki görüşlərimdən sonra təəssüratım odur ki, tərəflər buna açıqdır. Biz gələcəkdə bu istiqamətdə işləyəcəyimizə ümidliydik", - deyə Berbok bildirib.