Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
APA xəbər verir ki, diplomat bununla bağlı "Twitter"də paylaşım edib.
"Mən Azərbaycanı bu gün, 28 May - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu günün tarixi 1918-ci ilə gedib çıxır, lakin bu, həm də ikitərəfli münasibətlərimizin 30 illiyi çərçivəsində xüsusi bir gündür".