Bank Of Baku

Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Azərbaycanda səfərdədir

Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Azərbaycanda səfərdədir
# 06 may 2019 16:20 (UTC +04:00)

Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Maykl Siebert Azərbaycana gəlib.

ONA-nın məlumatına görə, Almaniya XİN-in rəsmisi bu barədə öz “Twitter” səhifəsində yazıb.

Mingəçevirdə Ikinci Dünya Müharibəsi əsirlərinin məzarlığını ziyarət edən almaniyalı diplomat daha sonra GIZ təşkilatının məcburi köçkünlər üçün təşkil etdiyi seminara qatılıb.   

Mayın 7-də Maykl Siebert Bakıda keçiriləcək Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələrdə iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR