Bank Of Baku

Almaniya XİN rəhbəri: Cənubi Qafqaz regionunda sülhə ehtiyac var

Almaniya XİN rəhbəri: Cənubi Qafqaz regionunda sülhə ehtiyac var
# 04 noyabr 2023 20:44 (UTC +04:00)

Bakıda olmağıma şadam. Son aylarda telefon danışıqlarımızın olmasına baxmayaraq, bu gün şəxsən görüşüb fikir mübadiləsi apardıq.

APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Almaniyalı baş diplomat bildirib ki, Cənubi Qafqaz Avropa üçün maraqlı bölgədir. Bunun səbəblərinən biri də iqtisadi sahədir.

Onun sözlərinə görə, münaqişənin həlli üçün etimad və inamın qurulması vacibdir.

Nazir, Ermənistanda Qarabağı könüllü şəkildə tərk etmiş erməni sakinlərlə görüşdüyünü xatırladıb:

"Onlar qayıda biləcəklərinə ümid edirlər. Azərbaycanın bu insanların geri qayıtması şansını təmin etməsi vacibdir. Bizim bu regionda sülhə ehtiyacımız var. Ardıcıl sülh prosesi həm də Azərbaycanın marağındadır. Hər iki ölkənin ərazi bütövlüyü məsələsi sülh sazişi əsasında olmalıdır. Hər iki tərəfdə eyni mövqeyi eşitməyimə şadam".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR