Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib.
APA xəbər verir ki, Fahrettin Altun bu barədə "Twitter"də paylaşım edib.
“Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm. Türkiyə artıq qəlblərə həkk olunmuş "iki dövlət, bir millət" anlayışı ilə azərbaycanlı qardaşlarının müstəqilliyinin, sabitliyinin və işıqlı gələcəyinin hər zaman ən böyük dəstəkçisi olacaq”, - o bildirib.