Bank Of Baku

Antonio Vitorino: Pandemiya miqrantlar və köçkünlər üçün bərabərsizliyi daha da dərinləşdirdi

Antonio Vitorino: Pandemiya miqrantlar və köçkünlər üçün bərabərsizliyi daha da dərinləşdirdi
# 02 mart 2023 19:49 (UTC +04:00)

Prezident İlham Əliyevi liderliyi və bu vacib görüşü təşkil etdiyi üçün təbrik edirəm.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino deyib.

O bildirib ki, pandemiya miqrantlar və köçkünlər üçün bərabərsizliyi daha da dərinləşdirdi, onlar üçün ciddi problemlər yaradıb: “Dünya əhalisinin üçdə biri hələ də COVID-19 vaksininin heç ilk dozasını qəbul etməyib. Biz gələcəkdə də pandemiyaların olmasından sığortalanmamışıq, ona görə də biz gələcək potensial pandemiyalara, onun yaradacağı çətinliklərə hazırlıqlı olmalıyıq. Mən bütün ölkələri pandemiya və böhran dövründə hərəkətliliyi təmin etmək yollarını qiymətləndirməyə və həll yollarını tapmağa çağırıram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR