Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Qərbi azərbaycanlıların problemi qaldırılıb.
APA xəbər verir ki, bu barədə Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev çıxış edib.
Rizvan Nəbiyev bildirib ki, 1980-ci illərin sonlarından etibarən 1990-cı ilin əvvəllərinə qədər etnik təmizləməyə məruz qalaraq Ermənistandakı öz tarixi torpaqlarından zorla çıxarılan təxminən 300 000 azərbaycanlı hələ də didərgin düşmüş vəziyyətdədir: "Qərbi Azərbaycan İcmasının təhlükəsiz və ləyaqətli qayıdış üçün dialoq çağırışlarına baxmayaraq, Ermənistan hökuməti onların bu fundamental hüququnu inkar edir. Qeyd etmək istərdim ki, bu hüquq beynəlxalq insan hüquqları sənədlərində təsbit olunub və regionda sülh, sabitlik və ədalət naminə təmin edilməlidir. Biz Asiya regionunda beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ədalətli və davamlı həll yolunun tapılmasına dəstəyimizi davam etdirəcəyik.”.